Əməkdar artist Elnarə Abdullayeva sənətdə özünə qoyduğu qadağalardan danışıb. 
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı "Hər şey daxil” verilişində qardaşlarının ona hədə-qorxu gəldiyini etiraf edib:
"İnsan ağlı kəsəndən özünə qadağa qoymalıdır. Cavan qız, oğlan deyir nəsə edim, 5 ildən sonra düzələcək. Əgər insan arxasına baxıb utanacaqsa, demək, o yaşamayıb. "Sonra düzələcəm” ifadəsi yoxdur. Mən ona-buna söz atmaqla efirə gəlməmişəm. Mən on gün dayanmadan oxusam da repertuarım bitməz. Ağzıgöyçəklər çox söz deyir. Sənətdəsənsə, nəsə iş gör, nağıl danışma. 
Bu yaxınlarda maqazin verilişlərindən birinə müsahibə vermədim. Bir verilişdə sual ünvanladılar ki, "Verilişdə kiminsə sizlə yanbayan oturmasına qadağa qoyarsınızmı?”. Cavab verdim ki, xeyir, belə günah qazanmaram. Hamı kiminsə yanında otura-otura öyrənməlidir. Bunu efirdə başqa yöndə verdilər. Qardaşlarım zəng etdi ki, "Sənin başını kəsərik, başqasıyla nə işin var. Sənin ayaqlarını sındırıb, evdə otuzdurarıq”. And içdim ki, elə deməmişəm. Ondan sonra özümə qadağa qoymuşam ki, əgər oxumaq varsa, efirə gedəcəm. Yoxdursa, mən müsahibə vermirəm”.
.