Polşada çempionatlarda lider olan komandaların xallarının ortalama göstəricisi açıqlanıb.

Siyahıda Topaz Premyer Liqasında turnir cədvəlinə başçılıq edən "Qarabağ”ın da adı yer alıb.

Hazırda aktivində 37 xalı olan Ağdam klubu hesabatın 2017/18 mövsümünün ilk yarısında son matçların nəticələrinə əsasən, Avropada 2-ci olub.

Hər oyuna 2,64 xal göstəricisinə malik olan ağdamlılar siyahıda yalnız "Mançester Siti”dən (2,88 xal) geri qalıb. Üçüncü pillədə isə 2,63 xalla İspaniya nəhəngi "Barselona” qərarlaşıb.

.