
İngiltərə Premyer Liqasında mübarizə aparan "Lester Siti" Türkiyə millisinin və "Qalatasaray"ın ulduz futbolçusu Səlçuk İnanı transfer etmək istəyir.
AvroFutbol.com-un sportal.az-a istinadən xəbər verir ki, ingilislər komandadan ayrılan argentinalı futbolçu Kambiassonun yerini "cim bom"un kapitanı ilə doldurmaq istəyir. Komandanın baş məşqçisi Raniyeri türk futbolçunu əsas heyətdə oynatmaq istəyir. Premyer Liqa klubunun Səlçuk üçün "Qalatasaray"a rəsmi təklif göndərməsi gözlənilir.
.