
"Yuventus" klubu "Qalatasaray"ın müdafiəçisi Aleks Tellesi 1,5 illiyinə icarəyə götürmək niyyətindədir.
Yenizaman.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Turin təmsilçisi artıq İstanbul klubuna rəsmi təklif göndərib.
Lakin "Qalatasaray" rəhbərliyi braziliyalı futbolçunun komanda üçün önəmli oyunçu olduğunu açıqlayaraq "Yuventus"un təklifini rədd edib. İtaliya nəhənginin Telles üçün təklif etdiyi məbləğ "Cim Bom"u qane etməyib. Türkiyə təmsilçisi 22 yaşlı futbolçunu daha yüksək qiymətə satmağı planlaşdırır.
Qeyd edək ki, mövsümün əvvəlində "Qremio"dan "Qalatasaray"a transfer olunan Telles keçirdiyi 20 oyunda cəmi bir dəfə rəqib qapılarına yol tapıb.
.