"Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 66 faizi gəlirlərin artacağından əmindirlər"

Bunu "PricewaterhouseCoopers Global"ın (PwC) Azərbaycan üzrə 2-ci "İllik CEO Araşdırması" təqdimatında "PwC" audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev deyib.

Sorğunun əsas nəticələri CEO-lar, yüksək vəzifəli şəxslər, dövlət rəsmiləri və diplomatların qatıldığı tədbirdə biznes və kütləvi informasiya vasitələrinə təqdim edilib. Azərbaycan hesabatı Davosda keçirilən Dünya İqtisadi Forumunda təqdim olunan PwC-nin 21-ci İllik Qlobal CEO Sorğusunun bir hissəsidir. Sorğuda Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarında fəaliyyət göstərən 40 özəl və dövlət şirkətinin CEO-ları iştirak edib, iqtisadi tendensiyalara, biznes məsələləri və imkanlarına dair fikirlərini bölüşüblər.

.