"Pussy Riot" rok qrupunun üzvləri Nadejda Tolokonnikova və Mariya Alexina "Yukos" şirkətinin sabiq rəhbərinin məktubuna cavab yazıblar. Yenicə azadlığa çıxmış rokçular rusiyalı oliqarxı həbsdən buraxılması münasibətilə təbrik ediblər və Xodorkovskini insan hüquqları sahəsində əməkdaşlığa çağırıblar.
"Pussy Riot" üzvlərinin məktubda həmçinin qeyd ediblər ki, Rusiyada məhbusların hüquqlarının təmin olunması istiqamətində amnistiya ilə azadlığa çıxmış oliqarxın yardımına ümid edirlər.
Buna qədər Mixail Xodorkovski 24 dekabr tarixində Nadejda Tolokonnikova və Mariya Alexinaya məktub yarazaraq onları azadlığa çıxmaqları münasibətilə təbrik etmiş və ürəklərindəki qəzəbi boğmamağa çağırmmışdı.
.
