"Poyraz Karayel" serialında başlayan münasibətləri davam edən Burçin Terzioğlu və İlker Kaleli məkanlardan birində istirahət edərkən görüntüləniblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çıxışda jurnalistlərlə rastlaşan cütlük bəzi sualları cavablandırıblar. 

Burçin evlilik barədə soruşulanlara belə cavab verib:

"Hazırda hər şey qaydasındadır. Görək, zaman nə göstərir. Hər şey ola bilər".
.