
Bir müddət öncə Pamela Los Ancelesdə keçirilən film təqdimatına qatılıb. Onu görənlər məşhur aktrisanı tanıya bilməyiblər.
"Malibu xilasediciləri"nin ən məşhur xilasedicisi Pemin dəyişikliyi saçlarını qısaltdıqdan sonra başlayıb.
Bundan sonra 47 yaşlı aktrisa dodaqları və sinəsindəki slikonların həcmini azaldıb. Görünür Pamela indi təbii vəziyyətinə qayıtmaq istəyir. O, bir müddət öncə ictimaiyyət arasına daha sadə görkəmdə çıxıb.
Aktrisa təqdimata 18 yaşlı oğlu ilə qatılıb. Onun rok ifaçısı olan Tommi Lidən olan oğlunun yaraşıqlılığı da göz oxşayıb. .