"Panasonic Corp." Çinin paytaxtı Pekində yerləşən və akkumulyator istehsalı ilə məşğul olan müəssisəsini bağlayacaq.
Yenizaman.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, müəssisənin bağlanması nəticəsində 1300 nəfər işsiz qalacaq. İşçilər zavodun bağlanacağı barədə qərardan iyul ayının sonunda xəbərdar edilib.