Dünən Los-Ancelesdə "Qızıl Qlobus" mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, film və televiziya dünyasının ən yaxşıları seçilib.

Gecənin rekordçusu "La La Land" filmi olub. Tədbirə aparıcılığı isə Cimmi Fallon edib.

Qeyd edək ki, "Qızıl Qlobus" və "BAFTA" mükafatları "Oskar"ın ilk "xəbərçi"ləri sayılır. Bu mükafatlar çox zaman "Oskar" qalibləri ilə üst-üstə düşür.



Filmlər üzrə:

Ən yaxşı film (dram): "Moonlight"

Ən yaxşı film (komediya və ya müzikl): "La La Land"



Ən yaxşı aktyor (dram): Keyzi Afflek, "Manchester by the Sea"

Ən yaxşı aktrisa (dram): İzabella Happert, "Elle"

Ən yaxşı aktyor (komediya və ya müzikl): Rayan Qoslinq, "La la Land"

Ən yaxşı aktrisa (komediya və ya müzikl): Emma Stoun, "La La Land"



İkinci planda ən yaxşı aktyor: Aaron Teylor-Conson, "Nocturnal Animals"



İkinci planda ən yaxşı aktrisa: Viola Davis, "Fences"



Ən yaxşı rejissor: Demyen Şazel, "La La Land"

Ən yaxşı ssenari: Demyen Şazel, "La La Land"

Ən yaxşı animasiya filmi: "Zootopia"

Xarici dildə ən yaxşı film: "Elle"

Ən yaxşı film musiqisi: "La La Land" (Justin Hurwitz)

Ən yaxşı film mahnısı: "City of Stars","La La Land"



Televiziya nominasiyaları:

Ən yaxşı serial (dram): "The Crown" ("Tac")



Ən yaxşı serial (komediya və ya müzikl): "Atlanta"



Ən yaxşı mini-serial və ya televiziya filmi: "The People v. O.J. Simpson: American Crime Story"

Ən yaxşı aktyor (dram): Billi Bob Thornton, "Goliath"



Ən yaxşı aktrisa (dram): Kler Foy, "The Crown"





Ən yaxşı aktyor (komediya və ya müzikl): Donald Qlover, "Atlanta"

Ən yaxşı aktrisa (komediya və ya müzikl): Treysi Ellis Ross, "Black-ish"



Ən yaxşı aktyor (mini-serial və ya televiziya filmi): Tom Hiddlston, "The Night Manager"

Ən yaxşı aktrisa (mini-serial və ya televiziya filmi): Sarah Paulson, "The People v. O.J. Simpson: American Crime Story"



İkinci planda ən yaxşı aktyor (mini-serial və ya televiziya filmi): Hyug Laurie, "The Night Manager"



İkinci planda ən yaxşı aktrisa (mini-serial və ya televiziya filmi): Olivia Kolman, "The Night Manager"

Səhnədə mükafatı təqdim edənlər arasında Kristen Bell, Kuba Qudinq, Nikol Kidman, Riis Uizerspun, Con Leqend, Maykl Kiton, Kristen Uiq, Stiv Karell, Naomi Kempbell və Mett Bomer olub.

 
 

 

 

 

 

 

 



.