
ABŞ Prezidenti ilə elə isti münasibətlərim var ki, Barak Obama hərdən mənə "qardaş” deyir.
Bu barədə "Deyli Meyl” ("The Daily Mail”) yazıb. "Bəli, o, hərdən mənə qardaş deyir”, - Baş nazir qəzetə verdiyi bugünkü müsahibəsində bildirib və qeyd edib ki, Amerika prezidenti ilə dostdurlar.
Devid Kemeron həmçinin bildirib ki, Obamanın güman etdiyinə görə, siyasətçilər arasında ictimaiyyət qarşısında olduğu kimi şəxsi həyatlarında da möhkəm münasibətlər yaranıb.
Xatırladaq ki, 2007-2010-cu illərdə Böyük Britaniyanın baş naziri postunu tutan Qordon Braunla Obama arasında gərgin münasibətlər var idi və bu, daima özünü açıq şəkildə büruzə verirdi.
.