Ukraynanın şərqindəki vəziyyəti müzakirə etmək üçün "Normand dördlüyü" (Almaniya, Fransa, Ukrayna və Rusiya) prezidentləri oktyabrın 2-də Parisdə görüşəcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
Onun sözlərinə görə, Minsk razılaşmasının yerinə yetirilməsi görüşün gündəliyinin əsas məsələsidir.
Q.Karasin deyib ki, təhlükəsizlik məsələləri, o cümlədən qoşunların geri çəkilməsi də müzakirə ediləcək.
.