
"Fəxr edirəm ki, məhz mənim prodakşınım ilk dəfə olaraq Azərbaycanda triller janrında film çəkdi. Bu üslubda film çəkilməmişdi. Qorxulu film idi. Bizim tamaşaçılara çox təsir etdi. Bəlkə də, buna görə elə də bəyənilmədi. Dost-tanış tərəfdən də mənə dəstək olmadı. Ona görə bir az qəlbim qırıldı, bir az həssas oldum".
Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Oksana Rəsulova "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişində deyib.
Sənətçi bildirib ki, "Şər qarışanda" filmi uğursuz alınıb:
"Çox adam elə bildi ki, Oksana bununla da batdı, qalxmayacaq, bundan sonra heç nə etməyəcək. Ancaq o filmdən sonra mənə xeyli təklif gəlməyə başladı. "Bayram axşamı” komediya filmində baş rola çəkildim. 2017-ci ilin ən gözəl komediyalarından biri olacaq.
Daha bir film çəkirəm. "Mələyin öpüşü” o demək deyil ki, mələk gəldi kimisə öpdü. Mələk insana toxunanada onun həyatında yaxşılığa doğru nələrsə baş verməyə başlayır. Filmdə Fuad Poladov, Münəvvər Əliyeva, Təranə Əliyeva, Şəhriyar Əbilov, İlhamə Qasımova, mən, Nizar Məmmədov, Babək Qunizadə, Şamil Süleymanov rol aldılar. Özümü bu qədər aktyorun yanında aktrisa kimi yox, daha çox prodüser kimi hiss edirdim”.
O.Rəsulova rəqqasəlikdən uzaqlaşması xəbərlərinə münasibət bildirib:
"Rəqs mənə ikinci nəfəs verir. O mənim ruhumu tam nəzarət altında saxlayır. Mən bununla qidalanıram. Akyorluq da hardasa bir xareoqrafiyadır”.
Sənətçi bir vaxtlar yaxın rəfiqə olduğu müğənni Natavan Həbibi ilə münasibətlərinə aydınlıq gətirib:
"Bəzi insanlardan gələn pis enerji, onların paxıllıq hissləri məni məhv edir, deyə mən özümü sığortalamışam. Ona görə, həmin insanlarla danışmaq istəmirəm. Mən o insanlarla ünsiyyətdə olmaq istəyirəm ki, onlar poztivdir və mənə də müsbət enerji ötürürlər. Natavanla küsülü deyiləm, salamımı verirəm, sağolumu da alıram. Nəinki onunla, ümumiyyətlə, çox adamla rəfiqəlik münasibətləri yoxdur. Biz düşmən deyilik ki, sadəcə danışmırıq”.