"Milan"ın keçmiş ulduz futbolçusu Ancelo Anqilletti 71 yaşında vəfat edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 60-cı illərin əfsanələrindən olan Anqilletti ömrünün son illərində adları açıqlanmayan bir neçə xəstəlikdən əziyyət çəkib.
"Solbyates", "Atalanta" kimi klublarda çıxış edən müdafiəçi karyerasının ən yaxşı dönəmini "Milan"da keçirib. "Rossonyerlər"in heyətində 418 oyunda meydanda olan futbolçu bu müddət ərzində 11 titul qazanıb. Üç dəfə İtaliya çempionluğuna sevinən Anqilletti bir dəfə Çempionlar Liqasının, iki dəfə isə UEFA kubokunun qalibi olub.
Məşhur futbolçu "Milan"da bu qədər uğur qazanmasına rəğmən cəmi iki oyunda İtaliya millisinin formasını geyinib.
.