
"Özümü heç vaxt Azərbaycanda ulduz hesab etməmişəm. Hindistanda bir tədbirə qatılmışdım, məni 12 nəfər mühafizəçi qoruyurdu. O anda özümü ulduz hesab etdim. Əsl ulduz da elə olmalıdır”.
Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Oksana Rəsulova "10-dan sonra” verilişində deyib.
Sənətçi yerli məşhurları ulduz hesab etmədiyini söyləyib:
"Hamı ulduz ola bilmir. İnsanların gərək onlara ehtiyacı qalsın. Bizim müğənniləri hər yerdə görmək olar. Tamaşaçıda onlara ehtiyac hissi yoxdur. Hələ də hindistanlılar Şahruk və Salman Xanın evinin qabağından keçə bilmir. Hamı onu görmək üçün yaşadığı küçəyə yığışır, yolda tıxac yaranır.
Hər şənbə günü bütün insanlar Amitabh Baççanın evinin qarşısına toplaşır. O da eyvana çıxıb, özünü sevənlərinə göstərir. Ulduz həyatı budur".