Rusiya Prezindenti Vladimr Putin Moldovalı həmkarı İqor Dodonomla görüşdən sonra jurnalistlərə Donald Tramp əlehinə kompromatlarla bağlı açıqlama verib.
AzNews.az xəbər verir ki, Rusiya prezidenti belə kompromatları təşkil edənləri "fahişədən də pis” insanlar adlandırıb:
"Həmin insanların heç bir mənəvi sərhəddi yoxdur. Bizim əksər opponentlərimiz də belədir.” –deyə Putin vurğulayıb.
Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Moskvada fahişələrlə görüşməsi məsələsinə istehza ilə yanaşıb.
"Tramp, Moskvaya gəldi, başladı moskvalı fahişələrlə görüşməyə. O artıq yaşlı bir insandır və burda gözəllik müsabiqəsi keçirib. Mən inanmıram ki, o bizim yüngül əxlaqlı qadınlarımızla görüşmək üçün otelə qaçıb. Yeri gəlmişkən, o qadınlar da dünyada ən yaxşılarıdır.”
Rusiya prezidenti Vladimr Putin bəyan edib ki, Obama Trampa kompromat hazırlamaqla ABŞ-a zərər vurur.
