Bu üzücü foto Filippinin Mandaue şəhərində çəkilib
Bu üzücü foto Filippinin Mandaue şəhərində çəkilib. Bizimyol.info xəbər verir ki, Joyce Gilos Torrefranca adlı vətəndaşın çəkdiyi bu üzücü şəkil dünyada məşhurlaşıb. Fotonun məşhurlaşmasına səbəb isə 9 yaşlı uşağın həyat hekayəsidir. Belə ki, şəkildəki 9 yaşlı Daniel Cabrera hər gün "McDonalds" restoranının işığında dərslərinə hazırlaşır. Hər dəfə eyni hadisəni görən Joyce isə onun şəklini çəkməyə qərar verib. Əldəqayırma bir stulda dərslərinə hazırlaşan Danielin atası həbsxanada dünyasını dəyişib. Danielin yaşadığı ev isə illər öncə yanıb. Anası və qardaşı ilə bir daxmada yaşayan Daniel, gələcəkdə həkim olmaq istəyir. Danilein anası isə uşaqlarını böyütmək üçün əziyyətlərə qatlanır. Şəkli çəkən tələbə Joyce düşünür ki, Daniel məqsədlərinə çatacaq. Şəkil sosial şəbəkələrdə yayımlandıqdan sonra bəzi məmurlar və imkanlı şəxslər Danielə və ailəsinə yardım etməyə başlayıblar.
