"Kurtlar vadisi Pusu”nun aktyoru Yalçın Güzelce vəfat edib.
İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı aktyorun 5 il əvvəl beynində bədxassəli şiş tapılmış və əməliyyat olunduqdan sonra sağalmışdı. Son günlər yenidən səhhəti pisləşən Güzelce gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, aktyor "Cennet mahallesi”, "Eyvah babam”, "Arka Sokaklar” və s. kimi seriallarda da rol almışdı.
.