
MHP lideri Dövlət Baxçali Türkiyədə Kobaniyəyə dəstək adı ilə iğtişaş törədən PKK-çılara sərt reaksiya göstərib.
Avropa.info xəbər verir ki, Bağçalı PKK-ya xitabən ,"Özünüzə güvənirsinizsə, arxayınsınızsa IŞİD-in qarşısına çıxın" deyib.
Kobani hadisələrini dəyərləndirən Bağçalı "Hücumları kəskin qınayır və lənətləyirik. Türkiyənin sahibsiz olduğunu heç kəs düşünməsin. Kobani üçün "timsah göz yaşı" tökənlər milli sərvətə xəyanət edib. Bunların əsl məqsədi Kobaniyə deyil, Türkiyənin vurulmasıdır.
Özünüzə arxayınsınızsa, güvənirsinizsə IŞİD-in qarşısına çıxın görək. Nə qorxursunuz?" deyə PKK-nı ittiham edib.
.