
"Kiralıq aşk" serialının Dəfnəsi - Elçin Sangu aktyor Kıvanç Tatlıtuğla bağlı açıqlama verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisa "Kurt Seyid və Şura" filmində birlikdə çəkildiyi Tatlıtuğun ünvanına təriflər yağdırıb:
"Kıvançı tanıdığım üçün çox xoşbəxtəm. Göründüyünün tam əksinə çox mütəvazi və yaxşı insandır".
Bir verilişdə qonaq olan Elçin saç və qaş rənginin təbii olduğunu da vurğulayıb:
"Dəfnə obrazı real həyatdakı xasiyyətimə uyğundur. Real həyatda da çox gülən, şən biriyəm".
.