
Dünən ABŞ-da keçirilən "Superbowl" idman və əyləncə şousu maraqlı məqamları ilə yadda qalıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlardan biri də "Karib dənizinin quldurları: ölülər nağıl danışmır" (Pirates of the Caribbean: Dead Men Tell No Tales) filminin ilk treylerinin yayımlanması olub.
Filmdə həmişə olduğu kimi baş rolda Conni Depp çəkilib. "Karib dənizinin quldurları"nın ilk hissələrində yer alan Orlando Blum da layihəyə dönüb. Eləcə də filmin yeni hissəsində "Salazar" obrazını canlandıran Xavyer Bardem də yer alıb.
Filmin dünya premyerası mayın 24-də baş tutacaq.