Salyanda 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Axar.az CTV-yə istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 56-cı kilometrliyində, rayonun Noxudlu kəndinə gedən yolun yaxınlığında qeydə alınıb.
Salyan rayon sakini 36 yaşlı Yasər Nəzirovun idarə etdiyi VAZ-21015 markalı avtomobil Şurat Mənsimovun idarə etdiyi "Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə VAZ-21015 markalıavtomobil ciddi zədələnərək dəmir yığınına çevrilib.
Hadisə zamanı VAZ–21015-in sürücüsü və onun yanında olan sərnişin, 54 yaşlı Rəsul Nəcəfov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan xəstəxanasına çatdırılıb. Xəstəxanada hər iki yaralıya yardım göstərildikdən sonra onlar reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
.
