Məşhur "Kalaşnikov” avtomatlarının yaradıcısı, konstruktor Mixail Kalaşnikov vəfat edib. Yenizaman.az "RİA Novosti”yə istinadən xəbər verir ki, 94 yaşlı Kalaşnikov Udmurtiya Kliniki-Diaqnostika mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib.
"Kalaşnikov” avtomatlarının yaradıcısının ölüm xəbərini Udmurtiya prezidentinin mətbuat katibi Viktor Çulkov öz "Facebook” səhifəsində paylaşıb.
.
