Səhmlərin qiyməti yaxın 2-3 il ərzində 40% geriləyə bilər.

Yenizaman.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə proqnoz ABŞ-ın nüfuzlu "JPMorgan" bankının həmsədri Daniel Pinto tərəfindən verilib.

O qeyd edib ki, səhm bazarları hələ bir qədər də artmağa davam edəcək: "Lakin daha sonra inflyasiya təhlükəsi maliyyə bazarlarına öz təsirini göstərməyə başlayacaq".

D.Pinto tədricən blokçeyn texnologiyasının önəminin artacağını da bildirib.
.