Qüvvələr sayəsində Çeçenistanda İŞİD terror təşkilatının üzvləri yoxdur, lakin Suriyada regiondan olanlar var."
SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov "Rossiya 24" telekanalının efirində bildirib.
O deyib: "Suriyada çeçenistanlılar var. Onlar oraya Türkiyədən, Avropadan, Rusiyanın regionlarından gediblər, lakin Çeçenistanda onlar yoxdur.
Silahlı Qüvvələr dağlarda daimi olaraq xüsusi tədbirlər həyata keçirir.
Biz dağlarda, meşələrdə tədbirlər görür, axtarış aparır, bacarıqlarımızı artırırıq. Döyüşçülər gecə-gündüz işləyirlər."
.
