"Microsoft" şirkəti yanvarın 12-də "Internet Explorer" brauzerinin 8, 9 və 10-cu versiyalarına dəstəyi dayandıracaq. Şirkət son yeniləmə paketini təqdim edəcək və bundan sonra brauzerin versiyalarının yeniləmə prosesi dayandırılacaq.

Şirkətin "Internet Explorer" brauzerinin versiyalarına dəstəyi dayandırması barədə məlumat 2014-cü ilin avqustunda elan edilib. Ötən ilin martında isə "Microsoft"un nümayəndəsi bildirib ki, bir müddət korporativ sektorda "Internet Explorer" brauzeri dəstəklənəcək, ancaq daha yeni versiyalara keçid tövsiyə olunur.Dünyada yüz milyonlarla insan hələ də Internet Explorer brauzerinin köhnə versiyalarından istifadə edir və həmin kompüterlər risk zonasındadır.

Technews.az
.