"İniltiləri və qışqırıqları eşidirəm, amma heç nə edə bilmirəm". 

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Amatriçe şəhərinin meri Serco Pirotso vəziyyətin dramatikliyini belə ifadə edib. O deyib ki, şəhərə gedən yollar dağılıb. Sürüşmə baş verdiyindən körpünün də uçması gözləniləndir. 

Pirotsonun sözlərinə görə, dağıntılar altında çoxlu insan qalıb: "Onların inilti və qışqırtısını eşidirəm, amma heç nə edə bilmirəm. İnsanları dağıntıların altından çıxarmaq üçün bizə peşəkar xilasedicilər lazımdır".
.