Kanal D-nin reytinqli serialı "Hayat şarkısı"na sürpriz aktrisa daxil olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, daha əvvəl "Möhtəşəm yüz il", "Poyraz Karayel", "Tatlı küçük yalancılar" kimi seriallarda rol alan Beste Kökdemir tanınmış ekran işində rol alacaq.

O, serialda Kərimin (Birkan Sokullu) köməkçisi Melisanı canlandıracaq. Yeni obraz Hülyanın (Burcu Biricik) əsas rəqibinə çevriləcək. 

Aktrisa sabahkı seriyada artıq ekranlarda olacaq.






 



.