Dünyanın ən böyük təbii qaz şirkəti olan Rusiyanın "Gazprom" şirkəti, Türkiyədə özəl sektora satdığı təbii qaza qoyduğu 10.25 faizlik endirimi ləğv edib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin özəl sektor təmsilçiləri "Gazprom"un 6 şirkətə yanvarın 1-dən etibarən tətbiq etdiyi endirimləri dayandırdığını təsdiq edib.

Məlumata görə, endirim müqaviləsi 2015-ci ildə imzalanmış, bu ilin əvvəlindən qüvvəyə minmişdi.
.