
Amerikalı aktyor Pol Uoker dünən Los-Ancelesdə baş vermiş yol qəzasında ölüb.
"Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, aktyor dostunun idarə etdiyi avtomobilin sərnişini olub. İlkin ehtimallara görə, sürücü idarə etməni itirərək maşını ağaca çırpıb. Hadisə nəticəsində hər ikisi ölüb.
Qeyd edək ki, "Forsaj” filmində oynadığı Brayan O Konnor rolu ilə dünyada məşhurlaşan aktyorun 40 yaşı var idi.