Dünyanın ən nəhəng sosial şəbəkəsi "Facebook” öz loqosunu dəyişdirir.
Avropa.info xəbər verir ki, loqosunu dəyişdirilməsi hadisəsi 2005-ci ildən bu yana ilk dəfədir. Loqo elə də çox dəyişikliyə məruz qalmayıb. Göy fonda ağ yazıları qorunub saxlanılıb. Ancaq şriftlər dəyişdirilərək, daha cəlbedici olub.
"Facebook”un direktor Coş Hiqins deyir ki, məqsəd şəbəkəni insanlara daha dostyana göstərməkdir. Bu işə ilk loqonun müəllifi Erik Olson cəlb olunub.
.
