Son zamanlar sosial şəbəkələrdə məşhurlaşan Çinarə Məlikzadə türkiyəli ifaçı Rafet El Romanın da diqqətini çəkib. 

Axşam.az-ın məlumatına görə, ötən gün Bakıda konsert verən Rafet Çinarəni səhnəyə dəvət edib və onunla mahnılar səsləndirib. 

"Bundan əvvəl də Bakıya gələndə bir səs kəşf etmişdim. Bu dəfəki gəlişimdə də Çinarəni gördüm. Çox gözəl səsin var. Bu gözəl səsi tanıtmalıyıq. Sənin üçün bir mahnı yazacam” deyə, ifaçı bildirib. 
El Roman və Çinarə "Son məktub”, "Sil başdan”, "Ayrılıq”, "Gedək üzü küləyə” mahnılarını səsləndiriblər.





 .