2000-ci ildə Gürcüstan vətəndaşı Georgi Çaçiaşvilinin təsis etdiyi və fəaliyyəti dövründə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir neçə dəfə milyonlarla cərimələnən "Engin Ltd" MMC ilə bağlı yenizaman.az-a ilginc məlumatlar daxil olub. Məlumatlara görə, sözü gedən şirkətin məhsulları Azərbaycan vətəndaşları üçün təhlükə mənbəyinə çevrilib. Xüsusilə də "Engin Ltd" MMC-nin istehsal etdiyi müxtəlif pamperslər, şampunlar, çipsi və qadın bezlərinin insan orqanizmi üçün daha çox təhlükəli olduğu bildirilir.

Şirkətin istehsal etdiyi uşaq bezlərinin gələcəyimizə vurduğu ziyan

Ümumiyyətlə "Engin Ltd" MMC-nin istehsal etdiyi məhsulların bir qismi Sumqayıtın Neft-Kimya sənayesi olan müəsissələrin birində hazırlanır. Bunu isə sözü gedən şirkət ciddi-cəhdlə gizli saxlayır. Məlumatlarda bildirilir ki, insan orqanizmi üçün təhlükəli olan madəllərdən hazırlanan müxtəlif çeşidli məhsulların, xüsusilə pampersin tərkibi nazik plastik plyonkadan və neftdən hazırlanır. Plastikın arxasınca sellülozdan hazırlanan salfetka gəlir, həmin bu salfetka superadsorbiya tozunun cild (üz) vəzifəsini görür. Bu isə uşaqların orqanizimində ciddi fəsadlar törədir. Pamperslərin daxilində superadsorbentdən hazırlanan qat var ki, həmin bu qat hidrofil qişa və sellülozla örtülüb. Hidrofilin mənəsı su çəkən kimi izah edilir. Buna görə, pampersə daxil olan maye dərhal ortasına yönəlir, düz adsorbi qatına. Adsorbent xususi mayenin qranullarını təşkil edir misal üçün poliakrelat natrium (Sodium polyacrylate), sidiklə kontaktda qranullar onun daxilinə hopdurur və sonda şişir. Maraqlıdır ki, 1985-ci ildə poliakrelat natrium tamponların istehsalı qadağan edilib. Çünki poliakrelat natriumu tamponları toksik şok sindromun yaranmasına səbəb olub. Amma buna baxmayaraq "Engin Ltd" MMC bu kimyəvi məhlulardan istifadəsini davamlı şəkildə aparır. Həmin pamperslər isə uşaqlarda dəri, alerji və digər xəstəliklər əmələ gətirir. Bundan əlavə pamprslərin istehsalında diokinsindən də istifadə olunur. Bu pamperslərin ağ olması üçündür. Diokins isə ən təhlükəli mayelərdən biri sayılır. Bu maye pamperslərin ağartma prosesin əlavə məhsuludur. Araşdırmalara görə dioksin və ona bənzər ağardıcıların qatılığı spermada diri spermotozoidlərin sayını azaldır, həmçinin anadangəlmə qüsur, testikulun, prostat vəzinin və döşün xərçənginə səbəb olur və ələxsus cinsi orqanların inkişafını dayandırır. "Engin Ltd" MMC-nin istehsal etdiyi pamperslər insan oraqnizimində digər problemlərə də yol açır. Misal üçün pamperslərin tərkibində tributilen (tributyltin) kimi kimyəvi maddə qatılır. Həmin maddə cinsiyyət hormonlarını məhv edir. Əgər bu maddə insan hüceyrəsinə düşərsə o zaman insanın imun sistemini də məhv etməyə aparıb çıxara bilər. Şirkətin kimyəvi maddələrdən, (toluene), ksilol, etilobenzol (ethylbenzen), stirol (styrene) və isopropilbenzol (isopropylbenzen) istehsal etdiyi pampersləri uşaqlarda hətta astma xəstəliklərinə də yol aça bilir.

Qadınları sonsuzluğa aparan "Always-Ultra"

"Engin Ltd" MMC-nin bir sıra istehsal etdiyi qadın bezləri qadınarı sonsuzluğa aparır. Bu barədə redaksiyamıza danışan həkim ekspertlərdən birinin verdiyi məlumata görə, son zamanlar qadınlarda aşkar olunan mikroblar və yaxud müxtəlif xəstəliklər həmin bezlərin fəsadlarının nəticəsidir. Belə bezlərdən biri də "Engin Ltd" MMC-nin istehsal etdiyi "Always-Ultra"dır. Eyni ilə pampers kimi kimyəvi maddələrdən istehsal edilən qadın bezləri qadınlarda ümumi və ginekoloji xəstəliklər yaradır. Adətən belə bezlərdən istifadə edən qadınlarda vaginal qaşınmalar baş verir. İsti və nəmli mühit qadınların mikroorqanizmlərində kimyəvi bezlərin inkişaf üçün əlverişli şərait yaradır. Bunun zəminində də qadınlarda müxtəlif xəstəliklər orqanizimdə baş qaldırır. Xüsusilə də vaginal qaşınma qadınlarda infeksiyanın yaranmasına səbəb olur. Bundan sonra baş qaldıran infeksion xəstəliklər qadınları soznsuzluğa gətirib çıxarır.
Şirkətin məsəl üçün kimyəvi məhsullardan hazırladığı "Always-Ultra" qadın bezində yapışan formaldehid, etanol, metanoldan böyük həcmdə istifadə olunur. Zərif cinsin nümayəndələri alt paltarların dəyişdikdə belə həmin kimyəvi mədəllərin tərkib hissəsi onların bədənlərinə hopur. Bu isə qadınların daxili orqanlarında bakteriyaları sürətlə çoxaldır. Bir müddət keçdikdən sonra isə kimyəvi madələrdən istehsal olunan qadın bezlərində (anaerob) bakteriyalar müxtəlif xəstəliklərə yol açır. Xüsusilə qadınlarda mümkün iltihabi xəstəliklər toplanır ki, sonda qan birləşməsi artımı ilə inkişaf və xroniki formada keçidi baş verir. Məsəl üçün (conta) mikroblarının inkişafı üçün olduqca əlverişli mühit yaranır. Sonra bütün bu toksinler və mikroblar asanlıqla vagina vasitəsilə bədən daxil olur.

"Engin Ltd" MMC-nin çipsiləri hansı fəsadlar törədir?

Şirkətin tərkibinə küllü miqdarda şəkərlər, kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri qatılan çipsiləri də insanlar üçün təhlükəlidir. Karbohidrat yağlarının qarşığından hazırlanan kartofel çipsiləri xüsusilə də uşaqlarda müəyyən xəstəliklər yaradır. Mütəxəssislər hesab edir ki, kartof çipsiləri ürək xəstəlikləri, piylənmə, sonsuzluq və xərçəng riskini artıraraq uşaqların gələcəyini məhv edir. Çipsilərin uşaqlarda yaratdığı ən böyük fəsad piylənmədir. Uşaq orqanizmi yenicə inkişaf etməyə başladığı üçün bu dövrdə piylənmə gələcəkdə səhhətində ciddi problemlər yaradır. Onlarda piylənmənin yaratdığı problemlər zaman keçdikdən sonra şəkər və başqa ciddi xəstəliklərə yol açır. Əslində "Engin Ltd" MMC-nin çipsiləri insan orqanizimində başqa xəstəliklər də törədir. Bunun da səbəbi şirkətin istehsal etdiyi çipsilərin tərkibinə transgen "pringles" komponentlərinin qatılmasıdır. Bu isə insanlarda xərçəng xəstəliyi, infarkt və insult riski, ürək xəstəliklərini artırır.

Saşları tökən "Engin Ltd" MMC-nin saxta şampunların

"Engin Ltd" MMC-nin istehsal etdiyi bir çox saxta şampunlar da elə digər məhsulları kimi insan orqanizmində problemlər yaradır. Bu barədə redaksiyamıza danışan sözü gedən şirkət işçilərinindən birinin bildirdiyinə görə, MMC-nin istehsal etdiyi saç şampunları insan orqaniziminə turşu reaksiyalarının intensivliyinə, fermentlərə təsir göstərir, zülal və piy mübadiləsini pozur. Maye halında olan şampunlar çox vaxt adı çəkilməyən aktiv maddələrdən istifadə edilir. Bu isə insanlarda immuniteti zəiflədir, allergiya yaradır, beyinə, qaraciyərə, böyrəklərə və ağciyərlərə mənfi təsir göstərir. Məlumatlarda bildirilir ki, MMC-nin istehsal etdiyi şampunların tərkibindəki toksiki maddələr ilk növbədə dəri səthinə təsir edir və allergik toksiki reaksiyalar yaradır. Hətta həmin şampunların istifadəsi zaman insanlara qaşınma, qızarma, tək-tək hallarda hərarət də verə bilir. Lakin bəzi hallarda vətəndaşlar bundan xəbərsizdirlər və kimsə ağlına gətirə bilməz ki, bu həmin şampunun təsiridir. Belə şampunlardan biri şirkətin Sumqayıtda istehsal etdiyi Head & Shoulders şampunudur. Bu şampun bəzən toksiki allergik reaksiya fəsadlaşaraq ağır formada "Stiven-Cons” sindrom kompleksində təzahür edir. Hamam otağında bilmədən isti suyun altına girəndə bütün bədən necə yanıb qızarırsa, bu sindrom da o cür dəridə qızartı və suluq şəklində üzə çıxır. Həmsöhbətimizin fikirincə, həmin şampunun tərkibinə qatılan səthi aktiv maddələrin göstəricisi müvafiq həddə olmalıdır. Bəzi ölkələr bu vasitələrdən imtina üçün alternativ variantlara əl atsalar da amma "Engin Ltd" MMC buna məhəl qoymayıb. Mənbə bildirir ki, bu cür kimyəvi kompenentlərdən hazırlanan şampun bir neçə il sonra insan orqanizimində ciddi fəsadlar törədir. Xüsusilə də həmin şampunları istifadə edən vətəndaşların saçları tökülməklə yanaşı əqli cəhətdən zəifləmələr də müşahidə olunur. Hətta vəziyyət o həddə gəlib çata bilər ki, uzun müddətdən sonra insan ağlını da itirə bilər.

Şirkətin cərimələnmə və yaxud məhsulların yandırılma sirri

Ötən ay İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Engin Ltd" MMC-ni çox böyük məbləğdə cərimə etdi. Reklam qaydalarını pozduğu üçün şirkət 1 mln 784 min 484 manat cərimə olundu. İİN-in məlumatına görə, (http://www.economy.gov.az/index.php/az/ministry/press/news/1226-engin-ltd) "reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı "Blend-a-med" diş məcunu, "Oral-B" diş fırçası və "Always-Ultra" qadın bezlərinin reklamlarında istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə edildiyi müəyyən olunmuşdur”.
İİN-in əslində "Engin Ltd" MMC rəhbərliyi istintaqa yalan məlumatlar verdiyi üçün belə böyük cəriməni bununla əsaslandırıb.
Qeyd edək ki, "Engin Ltd" MMC-nin İİN-lə ilk münaqişəsi deyil. 2010-cu ilin aprelində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti şirkətin anbarlarında 12 ton vaxtı keçmiş, ərzaq, 43 min keyfiyyətsiz qeyri-ərzaq malları aşkarlayıb və həmin məhsullar yandırılıb. Amma əsl səbəb isə ictimaiyyətdən gizlədilib. Ehtimal etmək olar ki, elə İİN-nin aşkar etdiyi "Engin Ltd" MMC-nin məhsulları insan orqanizmi üçün həddən artıq təhlükəli olub. Sadəcə bunu başqa üsulla əsaslandırıblar.
Bu distribütor şirkətinin bazarı inhisarlaşdırması miqyasını müəyyən etmək üçün onun tərəfdaşı olan məşhur şirkətlərə nəzər salaq. Onların sırasında The Procter & Gamble Company, Gillette, Walkers, Lorenz Snack-World, Wella, Ferrero, Uni və başqaları var. Lisenziyalı mallar bazarının yarıdan çoxu bunların payına düşür.
Çeşiddən görünür ki, şirkət ölkənin bütün ticarət məntəqələri ilə işləyir. Amma o, ictimaiyyət üçün qapalıdır. www.engin.az səhifəsində "yeniliklərdən” məlum olur ki, 2011-ci ildə İngiltərənin Walkers şirkəti ilə tərəfdaş olub. Xəbərlər bölməsi isə boşdur. Ekspertlər hesab edir ki, belə imkanlar yüksək rütbəli məmurlara yaxın adamlarda ola bilər. Bundan başqa, şirkət iri vergi ödəyicisi deyil, bu da "yuxarıdan” dəstək olduğunu göstərir. Şirkətin İİN ilə münaqişəsinin səbəbi isə aydın deyil.
.