Rusiyada bir nəfər ebola virusuna yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
ATVxəbər.az-ın məlumatına görə, bu şəxs Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin bir müddət Seneqal və Qvineyada işləmiş əməkdaşıdır.
Sözügedən şəxs Moskvaya gələn zaman təyyarədə qızdırması qalxıb və qəfildən özünü pis hiss edib. Rusiya Səhiyyə Nazirliyi təyyarədəki bütün sərnişinlərin müayinə edildiyini açıqlayıb.
.
