
Dünən "Cəsur və Gözəl"in ssenari müəllifi Ece Yörençin layihədən ayrılması barədə xəbərlər yayılmışdı.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onun "Ay Yapım"ın digər serialı "Kürk mantolu Madonna"ya keçdiyi iddia edilmişdi. Bu dedi-qodulardan sonra Ece açıqlama yayıb:
"Cəsur və Gözəl"i tərk etmirəm, dostlar. Sadəcə ssenarini yazmağı dayandırıram. O da bir müddətlik. Hər şey nəzarət altındadır, narahat olmayın".