"Bu il elektrik enerjisinin qiymətlərində artım gözlənilmir və biz bununla bağlı Tarif Şurasına müraciət etməmişik".
Bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, jurnalistlərə müsahibəsində bildirdi.
O, qeyd etdi ki, "Azərenerji" əhalinin qış aylarında elektrik enerjisi ilə tam təmin olunması üçün bütün hazırlıqları görüb: "Artıq biz qışa tam hazırıq. Ola bilsin ki, elektrik enerjisinin verilməsində qısa fasilələr yaransın, amma bu ciddi problemlər yaratmayacaq".
E.Pirverdiyev, "Artıq yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib. Buna görə də düşünürəm ki, Bakı şəhər əhalisi qış aylarında heç bir problemlə üzləşməyəcək" - deyə vurğulayıb./anspress/
.
