Göyərtəsində 227 sərnişinlə birgə Kuala Lumpurdan Pekinə gedərkən yoxa çıxan Malaziya hava yollarına məxsus təyyarə barəsində yeni iddia irəli sürülüb. "İndependent" qəzetinin yazdığına əsasən, 10 ölkənin kəşfiyyat xidməti tərəfindən 9 gündür axtarılan sərnişin təyyarəsinin Əfqanıstan və ya Pakistanda olması istisna edilmir.
Məlumata görə, havays qalxdılqdan sonra Malaziyanın 220 kilometr şərqində radardan itən "Boeing-777"nin məhz Taliban üzvləri tərəfindən iki ölkədən birinə istiqamətləndirilməsi realdır. "Malaysian Airlines" də iddia ilə bağlı Pakistan və Əfqanıstan hökumətlərinə müraciət edərək hadisənin araşdırılmasını istəyib.
.