
Xalq artisti Məleykə Əsədova həyatı ilə bağlı maraqlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, aktrisa "Yeri gəlmişkən” verilişində dəfələrlə hamilə qaldığını, amma övladını itirdiyini etiraf edib:
"Qızım doğulmazdan əvvəl bir neçə dəfə hamilə qaldım. Amma hər dəfə uşaq tələf olurdu, yarımçıq doğulurdu. Hamısı da oğlan idi. Sonra qızım dünyaya gəldi. Mən həmişə qız arzulamışam. Bizim ailədə də oğlan yoxdur. Dörd bacıyıq. Qayınanası, baldızı anamı istəməyib ki, ancaq qız dünyaya gətirir. Evin üçüncü qızı mən olmuşam. Məndən sonra bir oğlan dünyaya gəlib, amma o da həyatda qalmayıb".
Qeyd edək ki, M.Əsədovanın Gülər adlı bir qızı var. .