"Barselona" futbolçuları La Liqanın 24-cü tur oyununda "Eybar"ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu təkrarlayıb.

"Eybar"a qarşı keçirilən matç (2:0) "Barselona" üçün ardıcıl 31-ci məğlubiyyətsiz oyun olub.

Kataloniya klubu sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.

"Barselona" cari mövsümdə İspaniya çempionatının lideridir. Komandanın 62 xalı var. Onları 10 xal geridə olan "Atletiko" izləyir.




.