"Barselona" futbolçularınn 2015/2016 mövsümü üçün forma nömrələrini açıqlayıb. Məlumata görə, 4 futbolçunun - Dani Alveş, Duqlas, Munir və Sandronun forma nömrəsində dəyişiklik olub. D.Alveş Kataloniya klubunun sabiq futbolçusu Xavi Hernandesin 6 nömrəli formasını geyinəcək. Duqlas 2, Munir 17, Sandro isə yeni mövsümdən 16 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Barselona"ya verilən transfer cəzası səbəbindən yanvar ayına kimi oynaya bilməyəcək Arda Turan və Aleiks Vidalın forma nömrələri rəsmi olaraq oyunlara çıxdığı zaman bəlli olacaq.

Xatırladaq ki, bundan əvvəl A.Turanın 6 nömrəli forma geyinəcəyi yazılmışdı. (qol.az)
.