Rusiyalı müğənni Sati Kazanova Azərbaycanla bağlı arzusundan danışıb. 

Axşam.az-ın məlumatına görə, ifaçı "Moskva-Baku” saytına açıqlamasında bildirib ki, muğam öyrənmək istəyir:

"Azərbaycan köklərinə bağlı, ənənələrinə sadiq bir ölkədir. Azərbaycan xalqı bunlara böyük sevgi ilə yanaşır. Oranın yeməkləri çox dadlıdır. İnsanları isə qonaqpərvərdilər. Adi və şabalıdlı qutab kulinariyanın ən möhtəşəm tapıntısıdır.

Bir də oranın muğamına heyranam. Ümid edirəm ki, bir gün mənim də Bakıya gəlib orada muğam dərsləri almağa vaxtım olacaq. Bu mənim arzumdur. Bunun üçün ən az bir ay orada yaşamalıyam. Kim bilir, bəlkə, azərbaycanlı musiqiçilərlə albom da hazırladım”.



 .