
Məhəmməd Məmmədov fiber-optik kabel əməliyyatından milyonları necə talayır?
Azərbaycan Respublikasının Milli rabitə operatoru olaraq, "Aztelekom" İstehsalat Birliyində milyonlarla vəsaitin talanması barədə infoAZ-.org-a ilginc məlumatlar daxil olub. Məlumatlara görə, 2012-2013-cü illər ərzində Azərbaycanın müxtəlif bölgələrinin EATS-lərində 1800 km uzunluğunda tutumlu optik kabellər çəkilərək istismara verilib. Bu iş isə bu gün də sürətlə davam etdirilir. Lakin bu layihələrdə alternativ magistiral optik kabellərin tikintisi zamanı milyonlarla vəsait mənimsənilir. Bir sözlə "Aztelekom" rəhbəri Məhəmməd Məmmədov bu layihələrdə ölkədə TDM stansiyalarının tədricən NGN stansiyaları ilə əvəz edilməsi, bütün rayon və kəndlərin optikləşdirilməsi, kəndlərdə genişzolaqlı internetin çatdırılması üçün yeni-yeni talan sturukturları yaradıb. Belə sturukturlardan biri isə Bakının Biləcəri qəsəbəsində yerləşən "Aztelekom" İB-nin Kabel Magistrallarının Texniki Qovşağıdır. Bu qovşağın əsas missiyası Məhəmməd Məmmədovun "kassası"na milyonlarla gəlir gətirməkdən ibarətdir. Belə ki, "Aztelekom" İB-nin Kabel Magistrallarının Texniki Qovşağının rəisi Ağamirzə Mirzəyev "Aztelekom" İB-nin rəhbəri Məhəmməd Məmmədovla kabel biznesi qurublar. Bu biznesin əsas gəlir yerlərindən hesab olunan rabitə qurğularının və avadanlıqlarının zədələnməsi sahələrində aparılan maxinasiyalardan ibarətdir. Məsələn sözü gedən kabel qovşağı magistiral kabellərdə baş vermiş zədələnmələri aradan qaldırmaq üçün smeta tutur. Sadəcə həmin smetalarda şişirdilmiş rəqəmlər göstərilir. Bunun müqabilində isə "Aztelekom" İB-dən ayrılan vəsaitlərin müəyyən hissəsi təbii ki, Məhəmməd Məmmədovun cibinə daxil olur. Fiber-optik kabellərin qiymətinə gəlincə isə burda da "Aztelekom" İB-nin rəhbərliyi maxinasiyalara qol qoyur. Məsələn hər metrəsinə görə, tək politen örtüklü zirehli F/o-4 64 qəpik, F/o-8 70 qəpik, F/o-12 77 qəpik, F/o-20 89 qəpik, F/o-24 95 qəpik, F/o-36 1 manat 22 qəpik, F/o-48 1 manat 37 qəpik, F/o-72 1 manat 76 qəpik, F/o-96 2 manat 31 qəpik olduğu halda həmin kabellərin hər metrəsi "Aztelekom" İB tərəfindən 5-6 manat civarında hesablanır. Digər cüt politilen örtüklü zirehli və tək politilen örtüklü asqı telli (troslu) zirehli kabellərin 1-2 manat civarında olmasına baxmayaraq sözü gedən birlik həmin kabelləri də 7-8 manat arasında hesablayır. Əgər nəzər yetirsək ki, bu gün Azərbaycan ərazisində minlərlə metr fiber-optik kabellərdən istifadə edilir və həmin kabellərin qiyməti yüksək səviyyədə şişirdilir burda milyonlarla vəsaitin talanması istisna deyil.
Qeyd edək ki, telekommunikasiya infra-strukturunun təkmilləşdirilməsi, göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə bu il investisiya layihələrinin maliyyələşdirilməsinə 25-30 milyon manatdan artıq vəsait yönəldilib. İnvestisiya layihələri 100 mindən çox nömrə və kanal tutumunu əhatə edib. Son illər ərzində isə fiber-optik xətlərin uzunluğu bir neçə dəfə artaraq 10500 kilometrə yaxın çatdırılıb. Görünür Məhəmməd Məmmədov ənənəsinə sadiq qalaraq bütün respublika ərazisində lokal (yerli) telefon rabitəsi xidmətində yeniliklərin tətbiqinin sürətləndirilməsi istiqamətində talan vəzifəsini qarşısına qoyub. Buna görə isə "Aztelekom" şefinə nədənsə gözün üstə qaşın var deyən tapılmır.
"Aztelekom" İstehsalat Birliyində analoqu olmayan korrupsiya əməliyyatları barədə yaxın günlərdə yeni məlumatlar dərc edəcəyik. Araşdırmamız davam edir. Bizi izləyin...
.