"2011-ci ildən sonra "Azercell" şirkəti üçün ən uğurlu il 2017-ci il olub".
Bunu 2017-ci il fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib.
V.Mürəsliyevin sözlərinə görə, "Azercell" Azərbaycan mobil rabitə sektorunda 48,2% bazar payına malikdir və ölkə ərazisinin 80%, əhalinin isə 99,8%-ni əhatə edir.
