
Turxan Kərimov sərbəst buraxılıb. Bu haqda Azadlıq Radiosuna özü məlumat verib. «Nərimanov rayonu 18-ci polis bölməsinə aparıldım. Soruşanda ki, niyə mülki geyimlilər gətiriblər? Cavab verdilər ki, bilməmişik. Sadəcə sorğu-sual etməyə gətirdiklərini bildiriblər. Həyat tərzimdən, ictimai-siyasi hadisələrdən suallar verdilər».
***
"Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimov cümə günü saat 11:00-a yaxın evdən çıxarkən mülki geyimli iki şəxs onu saxlayıb.
Şahidlərin sözlərinə görə, onu qara maşına basaraq naməlum istiqamətə aparıblar.
DİN-in mətbuat xidmətindən "Turan"a hadisə ilə bağlı məlumatın olmadığı bildirilib.
Nərimanov Rayon Polis İdarəsində də T.Kərimovun saxlanmadığı bildirilib.
Qeyd edək ki, T.Kərimov "Azadlıq” radiosunun əməkdaşıdır. O, sosial və siyasi mövzularda materiallar hazırlayır və facebookda fəal bloggerdir.
.