
Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsi "Azadlıq” qəzetinin və xaricdən peyklə yayımlanan "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası kəsib.
Jurnalist xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə təqsirli bilinib. Ona polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama ittihamı da verilib. Məlumatı "Media forum” saytına vəkil Bəhruz Bayramov verib.
Vəkil qeyd edib ki, məhkəmə Adil Əliyev və Elnur Qasımov adlı şahidlərin ifadələrinə əsasən belə qərar çıxarıb.
Xatırladaq ki, Xalid Qarayev oktyabrın 29-da Bakıda saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə aparılmışdı.
.