
Azərbaycanın enerji əhəmiyyəti ilə bu ölkədə insan haqları məsələsinin birbaşa əlaqəsi var.
Bu fikri Avropa Birliyinin (İttifaqı) yeni xarici siyasət rəhbəri Federika Mogerini səsləndirib.
Oktyabrın 6-da Avropa Parlamentindəki dinləmələr zamanı xanım F.Mogerini deyib: "Bizim Azərbaycanda böyük enerji yatırımlarımız var və onlar da çox gözəl bilirlər ki, bizim enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsində olduqca mühüm rol oynayırlar. Məncə, buna və məhz buna görə də bizə lazımdır ki, siyası fəallar və media ilə bağlı insan haqlarına hörmət edilməsinin əhəmiyyətini daha israrla vurğulayaq".
.