Türkiyənin "Anadolu" agentliyinin Suriyanın Hələb şəhərindəki müxbiri Salih Mahmud Leyla həlak olub.
Yenizaman.az-ın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, S. Mahmud içərisinə bomba yerləşdirilmiş avtomobil vasitəsilə törədilən terror hücumu zamanı ölüb. Terror aktının "İŞİD" tərəfindən törədildiyi bildirilir.
S. Mahmud bir müddət əvvəl Hələbin Cəmiyyət-əl Zəhra rayonundakı döyüşləri işləyərkən də üzündən yaralanmışdı.
Agentlik qeyd edib ki, Salih Mahmud Hələbə bir il əvvəl göndərilib.
.
