Türkiyə mətbuatı xəbər verir ki, bu ev bitkisi xüsusən uşaqlar üçün zərərlidir. Belə ki, gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ, eyni zamanda, nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər ortaya çıxa, şirəsi mədəyə gedib qana qarışarsa isə ölümə yol aça bilər. "Diffenbaxiya" demək olar ki, hər evdə var. Amma onun təhlükəli olduğu çoxlarına məlum olmadığın davranış qaydaları ilə tanış deyillər.

Ömrünün çox hissəsini güllərə həsr edən gülçü Arif İsmayılov bildirir ki, "Diffenbaxiya" ən çox tələbat olan ev güllərindəndir. Mütəxəssis valideynlərə uşaqları "Diffenbaxiya"dan uzaq saxlamağı məsləhət görür. Baxım qaydalarına riayət edilərsə gülü hər kəs evində saxlaya bilər.

"Diffenbaxiya"nın təhlükəsi olduğu qədər yaxşı xüsusiyyətləri də var. Heç kaprizi olmayan gül hava təmizləmək xüsusiyyətinə malikdir. Bir sözlə uşaqlardan kənar tutmaq və toxunmamaq şərti ilə diffenbaxiya saxlaya bilərsiniz. 

"ATV Xəbər"

.