Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir.
Hazırda fakt üzrə araşdırma aparılır.


******


"Bakı Metropliteni" QSC-nin "28 May" stansiyasındakı sərnişinlər təxliyyə edilir. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, buna sərnişinlərdən birinin özünü relsin üstünə atması səbəb olub.
Metrpolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a verdiyi açıqlamada məsələni təsdiq edib və bildirib ki, həmin sərnişin ölüb. Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir, hələlik hadisənin detalları məlum deyil.
.