Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində baş verib.
Belə ki, rayon sakini, 1994-cü il təvəllüdlü E.Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini, 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
.
